Ekzotik çay arıqlamağa kömək edəcək
Tarix: 05.05.2018 | Saat: 05:39:00 | E-mail | Çapa göndər


Həyat tonusunu qaldıran mate içkisi insan istirahət etdiyi zaman da orqanizmi kalori yandırmağa məcbur edir. Lakin onu mütləq soyuq içmək lazımdır. Bununla bağlı İsveçrənin Friburq Universiteti alimlərinin tədqiqatları “Frontiers in Physiology” jurnalında dərc edilib.
“Zdorovye Mail.Ru” saytı xəbər verir ki, eksperimentdə 23 sağlam kişi və qadın iştirak edib. Onların hamısı əvvəlcə yarım saat ərzində sakit oturub, sonra tələsmədən 500 millilitr şirinləşdirilməmiş mate içiblər. İştirakçılar bir gün qaynar içki (təqribən 55 dərəcə selsi), növbəti gün isə soyuq içki (təqribən 3 dərəcə selsi) qəbul ediblər. İçkiləri qəbul etdikdən sonra onlar 90 dəqiqə istirahət ediblər. Eksperimentin əvvəlində və sonunda alimlər iştirakçıların ürək-damar sistemi və maddələr mübadiləsinin vəziyyətini yoxlayıblar.
Məlum olub ki, kalori yandırmaqda soyuq mate istidən iki dəfə artıq effektivdir. İstirahət zamanı enerji sərfinin səviyyəsi arıqlamaq baxımından mühüm göstəricidir. Alimlərin qənaətinə görə, bu effekt soyuq matenin istidən fərli olaraq orqanizmdə isti hasil olunmasını fəal şəkildə stimullaşdırması, həmçinin piylərin oksidləşməsinə yardım etməsi ilə əlaqədardır. Bütün bunlar isə kalorinin yanmasına və artıq enerjinin çıxmasına şərait yaradır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info