Yaponiyada uşaqların sayı 37 ildir ki, fasiləsiz olaraq azalır
Tarix: 05.05.2018 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azlamaqda davam edərək minimum rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyi cümə günü, ölkədə mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində bu barədə hesabat dərc edib.
Sənəddə qeyd edilir ki, Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə, 15 yaşına qədər uşaqların sayı təqribən 15 milyon 530 min nəfər təşkil edib. Bu, bir il əvvəlki həmin göstəricidən 170 min nəfər azdır. Onların 7 miyon 950 mini oğlan, 7 milyon 580 mini isə qızdır.
Həmin yaşda uşaqlar ölkə əhalisinin 12,3 faizini təşkil edir. Bu rəqəm də əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz azalıb. Həmin göstəricinin 1975-ci ildən başlayaraq fasiləsiz şəkildə azaldığı bildirilir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Məşhur müğənni qumarda120 min dollar uduzdu
13.11.2019
Ən çox “içən“ ölkələr - Rusiya ilk onluqda
13.11.2019
Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi
11.11.2019
Bu ərazidən hər gün insan meyiti tapılır
11.11.2019
Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info