Ermənilərin Paşinyandan gözlıntiləri
Tarix: 05.05.2018 | Saat: 17:11:00 | E-mail | Çapa göndər



"Nikol Paşinyanın bir müddət bundan əvvəl nə Rusiyapərəst. nə də Amerikapərəst deyil, məhz ermənipərəst olacağı ilə baglı bəyanatı Ermənistanın üç əvvəlki prezidentə xas olmayan bir siyasi yanaşma kimi dəyərləndirilməlidir. Çünki Rusiya da hələ ki, Ermənistanı belə tanımamışdı”. Bu fikirləri erməni politoloq Levon Şirinyan “Novosti Armeniya” saytına danışarkən bilıirib.
Daha əvvəl Nikol Paşinyan, çoxlarının onu Qərbəmeyilli “siyasətçi” kimi tanıdıqlarını bildirirdi. Moskva ilə qurulacaq münasibətlərə gəldikdə isə Paşinyan Rusiya Dövlət Dumasının deputatları ilə görüşündə Rusiya ilə münasibətləri nəzərdən keçirməyəcəyini söylədi. Təbii ki, bu başadüşüləndir. Axı, əvvəllər də qeyd etbiyimiz kimi, ermənilər hara gedəsidirlər ki? Rusiya artıq Ermənistanın icindədir və bunu çoxdan etiraf edən ermənilər bunula barışmaq zorunda qalıblar.
Təsadüfi deyil ki, ötən cümə günü Ermənistandakı son siyasi vəziyyəti şərh edən Rusiya XİN-nin sözçüsü Mariya Zaxarrova da Rusiyanın qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədi ilə erməni həmkarları ilə ortaq işin davam etdiriləcəyini bəyan edib.
Belə görünür ki, artıq Ermənistanda baş nazir məsələsi də həll edilib. Əgər hakim Republika Partiyası vədinə xilaf cıxmasa gələn həftə Nikol Paşinyanın baş naziri olacağı şübhə doğurmur. Lakin maraqlıdır, vaxtilə “Jamanak” qəzetinin redaktoru olarkən, Türkiyəyə rəgbət dolu məqalələr sərgiləyən Paşinyan baş nazir olandan sonra da əvvəlki mövqeyinə sadiq qalacaqmı? Təbii ki, bu inandırıcı görünmür. Onun Daglıq Qarabag münaqişəsinin həlli ücün lazımi kadrlarının da olmadığı artıq erməni siyasətçiləri tərəfindən etiraf edilib. Bir də axı bütün bu məsələlərdə ermənilər söz sahibi deyillər. Moskvanın Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra da burada öz təsirini saxlayacagı şübhəsizdir. Hazırda özünün populist cıxışları ilə “xalqın lideri”nə cevrilən Nikol Paşinyanın da bir müddət sonra özündən əvvəlki həmkarlarının davamçısı olacagı istisna edilmir.
Maraqlıdır, sadə ermənilərin dəstək verdikləri bu şəxsdən onların gözləntiləri nədir? Ermənilərin “1in.am” saytının bu məsələ ilə baglı İrəvan küçələrində keçirdiyi sorğuda iştirak edən respondentlərin əksəriyyəti pensiya və müavinətlərin artırılmasını, əhalinin acından ölməməsi üçün ölkədə iş yerləri yradilmasını istəyiblər. Sual doguran Paşinyanın buna hansı vəsiatlə nail ola biləcəyidir...
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.11.2019
“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.
09.11.2019
İqtisadçı: “Erməni işsizlər ölkəni tərk etməkdə davam edirlər“
09.11.2019
Suren Sarkisyan: “Tramp erməniləri yenə məyus etdi”
08.11.2019
Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır
08.11.2019
“Rusiya bütün tərəfdaşlarına silah satır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info