Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar iməcilik keçirilib
Tarix: 05.05.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbirlər paytaxtın Səbail rayonunda da davam etdirilir. Bununla əlaqədar ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, yaşıllıqlar salınır.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin doğum gününə həsr olunmuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində “Şıx” ərazisində yaradılmış “Dostluq parkı”nda rayonun idarə, təşkilat, müəssisələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilib. Parkın bütün ərazisini əhatə edən iməcilik zamanı iştirakçılar 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkiblər, ərazi quru ot və digər tullantılardan təmizlənib, əkilmiş ağaclara qulluq göstərilib.
İməcilikdə Bakıdakı 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak edib. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib (YENİLƏNİB)
13.11.2019
Prezident Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13.11.2019
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm
13.11.2019
“Azərbaycanın tolerantlıq ənənələri nümunə kimi qəbul edilir”
13.11.2019
Rusiyalı tarixçinin Qarabağla bağlı kitabı özbək dilində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info