“Ermənistan tarixən Rusiya üçün yük olub“
Tarix: 06.05.2018 | Saat: 09:32:00 | E-mail | Çapa göndər



Mixail Leontyev:
"Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni"

"Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri "Komsomolskaya Pravda" radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.
"Gəlin tam açıq danışaq. Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yük olub. Əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır. Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı (Nikol Paşinyan-red) tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar",-deyə M. Leontyev vurğulayıb.
O, Ermənistanın Rusiyadan başqa heç kimə lazım olmadığını söyləyib: "Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi".




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
EnterpriseAzerbaijan portalı: yeni sərmaye imkanları
13.11.2019
Federika Moqerini: ‘‘Aİ müdafiә sahәsindә özünü inkişaf etdirmәlidir’’
13.11.2019
“Almaniya və Hollandiya DEAŞ mənsubu vətəndaşlarını təhvil alacaq“
13.11.2019
Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır
13.11.2019
Ceyms Şarp: “Azərbaycanlı paralimpiyaçılar ölkəsinin qürurudur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info