Röya Ayxan konsert proqramı ilə çıxış edib
Tarix: 06.05.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, müğənninin Mərkəzin 3300 nəfərlik tamaşaçı tutumu olan zalındakı konserti anşlaqla yadda qalıb.
Röya Bakı Konqres Mərkəzində ilk konsert verən ifaçı kimi adını növbəti dəfə birincilər sırasına yazdırıb.
Pop ulduz ilk olaraq elə konsertin adını daşıyan “Doldur ürəyimi” mahnısını səsləndirib.
Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans sərgiləyən Röya Ayxanın budəfəki repertuarı köhnə və yeni mahnılarından ibarət olub.
Konsert başa çatdıqdan sonra ifaçı media nümayəndələrinin suallarını cavablandırıb. “Bu məkanda çıxış edən ilk müğənni olduğum üçün çox şadam. Əslində biz avqust ayı üçün başqa bir şou hazırlamışdıq. Amma Bakı Konqres Mərkəzində konsert verməli oldum. Dekabr ayında isə daha möhtəşəm şou proqramla qarşınızda olacağam”, - deyə müğənni bildirib.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info