İnam Kərimov: “Ağdam atçılıq təsərrüfatının fəaliyyəti yenidən təşkil ediləcək”
Tarix: 07.05.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Ağdam Atçılıq təsərrüfatı sentyabr ayından başlayaraq dünya standartlarına uyğun fəaliyyət göstərəcək”. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. “Ağdam atçılıq təsərrüfatı ilə tanış oldum. Dövlət başçısının göstərişi ilə atçılıq təsərrüfatının inkişafı üçün investisiya qoyuluşu təmin edilir. Bu ilin sentyabr ayınadək təsərrüfatda atların sayının artırılması, onlara qulluq və Qarabağ at cinsinin ən yüksək səviyyədə yetişdirilməsi üçün şərait yaradılacaq“, - deyə nazir söyləyib. İ. Kərimov ölkə ərazisində fəaliyyət göstərən iri və xırdabuynuzlu dövlət təsərrüfatlarında da yenidənqurma işlərinin aparılacağını bildirib. O, xaricdən gətirilən toxumların qiymətinin baha və məhsulun keyfiyyətinin aşağı olmasından narazı qalan fermerlərin bu narahatlığına son qoyulacağını vurğulayıb: “Məhsuldarlığın artırılmasında əsas şərtlərdən biri keyfiyyətli toxumla təmin edilməkdir. Bizim toxum fondumuz var, əsas məqsədimiz bu prosesi yenidən revizə etməkdir. Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni marşrut xətti: Əliçıraq yaşayış massivinin sakinləri üçün şad xəbər
06.12.2019
“Atəşgah”ın əməkdaşları “Nəsimi-650” ağacəkmə layihəsinə qatılıblar
06.12.2019
Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib
06.12.2019
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info