“Eurovision-2018” mahnı müsabiqəsinin rəsmi açılışı olub
Tarix: 07.05.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, Memarlıq və Texnologiya Muzeyində keçirilib.
Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir.
Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.
Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.
Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
27.11.2020
Bu xurma koronavirusun qənimidir – Yapon alimləri - VİDEO
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info