“Mobil elektron imza“ layihəsi təqdim olunub
Tarix: 07.05.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Kapital Bankın rəsmiləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, startapçılar da iştirak ediblər. Elektron imza virtual məkanda mövcud olan, əl ilə imzalanmış imzaya bərabər tutulan imzadır və onun istifadəsi bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq texnoloji trend hesab olunur. Ölkədə elektron imza infrastrukturunun inkişafı əhalinin elektron xidmətlərə marağının yüksəlməsinə və "Mobil elektron imza" həllinin yaradılmasına zəmin yaradıb. Kapital Bankla birgə əməkdaşlıq nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.
"Mobil elektron imza" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan innovativ layihədir və bank əməliyyatlarının rahat şəkildə aparılmasına, habelə sənədlərin imzalanma prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı Kapital Bank "Mobil elektron imza" layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən bankın müştərisi qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcək. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.
Layihə bank əməliyyatlarının daha çevik aparılması ilə yanaşı, mobil bankçılığın inkişafında da əhəmiyyətli rol oynayacaq. Həmçinin yarana biləcək bəzi neqativ halların aradan qalxmasına gətirib çıxaracaq. "Mobil elektron imza"nın üstünlükləri sırasına sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiyasının mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir.
"Mobil elektron imza" layihəsi konsepsiyasının əsas hədəfi, ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektləri arasında münasibətlərin elektron müstəvidə qurulması və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info