Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir
Tarix: 07.05.2018 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


Hüseyn Babayev |

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müşaviri

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Azərbaycan gəncliyini daim diqqətdə saxlayıb, gənclər siyasətini uğurla həyata keçirib. Ümummilli lider hələ Sovet dövründə ölkəyə rəhbərlik edən zaman Azərbaycan gənclərinə xüsusi diqqətlə yanaşıb, xaricdə təhsilə bağlı onun səyləri nəticəsində xeyli sayda gənclərimiz başqa ölkələrdə təhsil alıblar.
O, müstəqillik dövründə də Azərbaycana rəhbərlik edərkən gəncliyi daim diqqətdə saxlayıb. Təsadüfi deyil ki, 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə Ulu öndər Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi və ulu öndər tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzaladı. Gənclər Gününün təsis edilməsi haqqında mühüm strateji qərarın verilməsi gəncliyə bəslənən böyük ümidin göstəricisi və dəyərin qiyməti idi. O da qürurverici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü keçirilməyə başlayandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
Milli Məclisin Gənclər və İdman Komitəsi, Azərbaycan Gənclər Fondu və 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Gənclər siyasəti və İdman məsələləri şöbəsinin yaradılması da gənclər siyasətinin uğurla davam etdirilməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanda 300 gənclər təşkilatı, 40-dan çox gənclər evi və mərkəzləri fəaliyyət göstərir. Həmçinin ali və orta təhsil müəssisələrində Tələbə Gənclər Təşkilatları fəaliyyət göstərir. Görülən işlərin hamısı ölkə gəncliyinin inkişafı üçündür. Sözün həqiqi mənasında bu gün Azərbaycanda gənclərinin asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Məhz ulu öndər Heydər Əliyevin arzuları idi ki, Azərbaycan gəncləri intellektual səviyyəli, savadlı, dünya görüşlü, sağlam və ən əsası da vətənpərvər olsunlar. Görülən işlərin hamısı öz bəhrəsini verdi. Bu gün ölkədə ulu öndər Heydər Əliyevin arzuları əsasında formalaşan gənclər siyasəti var. Azərbaycan gəncləri beynəlxalq olimpiyadalarda, rəsm sərgilərində, idman yarışlarında, müxtəlif tədbir və layihələrdə iştirak edir, öz fəallıqları ilə seçilirlər. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev hər il gənclərlə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklifləri ilə maraqlanır.
Biz Azərbaycan gəncləri hər zaman ulu öndər Heydər Əliyevlə fəxr etmişik, edirik və edəcəyik. Bugünkü şəraitə, gənclər siyasətinə görə biz ona borcluyuq. Ulu öndər Heydər Əliyevin uğurlu siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan gəncləri hər zaman ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib bundan sonra da birləşəcək!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9655

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Qədim Misir incəsənəti və Fəyyum portretləri haqqında


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info