Milli Oftalmologiya Mərkəzinin Səyyar Kilinik Qatarı Astarada
Tarix: 10.05.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Kilinik Qatarı fəaliyyətə başlayıb. Azərbaycanda ilk dəfə həyata keçirilən bu tədbir Astarada reallaşdırılıb. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı Azərbaycanın dilbər güşələrindən biri olan Astarada pasientlərə tibbi xidmət göstərir. Mayın 12-ə kimi davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müaəlicə, hətta cərrahi əməliyyat etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika eyni zamanda üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi aparaturalar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor və digərlərinən təşkil edilib. Həmçinin istirahət üçün və qeydiyyat üçün otaqları və sanitariya otağı fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. 2005-ci ildən mərkəzin Səyyar Klinikası mütamadi olaraq respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 3 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar
16.10.2018
Ölümdən başqa hər şeyə çarə olan bıtki
15.10.2018
Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
13.10.2018
Şəkərli diabet xəstəliyinin ağırlaşmalarına həsr olunan konfrans keçirilib
12.10.2018
Uşaqlara bol süd verin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info