“Azərbaycanda sabitliyin qarantı xalq və xalq-iqtidar birliyidir“
Tarix: 11.05.2018 | Saat: 06:37:00 | E-mail | Çapa göndər


“O vaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın o vaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdi, cəmi bir il ona dözə bilmişdi və öz lideri ətrafında birləşmişdi: “Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdi. O vaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdi”.
Prezident qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir: “Baxmayaraq, 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdi, ancaq Azərbaycan xalqı imkan vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin.
Ondan sonra Azərbaycanda sabitlik dövrü başlayıb və bu dövr bu gün də davam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilib, siyasi islahatlara start verilib. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilib ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa başlamışdı. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilmişdi və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcriddən də çıxa bilmişdi. Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdı. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdı. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilmişdi. Əfsuslar olsun ki, ondan əvvəlki hakimiyyət bu məsələyə biganə qalmışdır. Azərbaycan uğurla inkişaf etməyə başlamışdı. 1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələr uğurla icra edilmişdi. Ordu quruculuğu işində böyük addımlar atılmışdı, uğurlu Horadiz əməliyyatı keçirilmişdi və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdi. Yəni, 10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdı və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir”.
Dövlət başçısı qeyd edib ki, 2003-cü ilin oktyabr ayında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildiribvə əminliyini ifadə etmişdi ki, onun davamçıları onun yolu ilə gedərək, Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər: “2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərmişdi və o gündən bu günə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcək. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info