“BP Azerbaijan“ “Cümhuriyyət qurucuları“ adlı kitab hazırlayıb
Tarix: 11.05.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


"BP Azerbaijan" Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr olunan sanballı tədqiqat kitabını ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Cümhuriyyət qurucuları" adlı kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə BP-nin öz töhfəsi olduğunu deyib.
Bildirib ki, kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb. Kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək
18.09.2019
“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info