Ferhat Göçer Gəncədə konsert proqramı ilə çıxış edib
Tarix: 11.05.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Türkiyəli müğənni Ferhat Göçer Gəncədə möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Heydər Əliyev park-kompleksindəki Zəfər tağının önündə təşkil olunan konserti şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə rəhbərləri və minlərlə şəhər sakini izləyib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
Elmar Vəliyev deyib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də silsilə tədbirlərlə qeyd edilir. “Heydər Əliyev olmasa idi, bugünkü Azərbaycan da olmazdı. Bu gün onun qurduğu Azərbaycan Respublikası dövrün tələbinə uyğun olaraq inkişaf edir, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində gələcəyə doğru inamla addımlayır. Bu inkişaf Gəncədə də qabarıq şəkildə görünür. Şəhərdə bir çox irimiqyaslı tikinti layihələri reallaşdırılır, geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Gəncə öz tarixi və memarlığını qorumaqla müasirləşir, gözəlləşir və bu inkişaf gələcəkdə də davam edəcək”, – deyə Elmar Vəliyev vurğulayıb.
Sonra Türkiyənin sevilən müğənnisi Fərhat Göçer Gəncə tamaşaçıları qarşısına çıxıb. Öz şəxsi ansamblının müşayiəti ilə hit mahnılarını səsləndirən türkiyəli sənətçi tamaşaçılara xoş anlar yaşadıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında söylədiyi müdrik bir ifadə - “bir millət, iki dövlət” fikrini xatırladan Ferhat Göçer Gəncədə özünü çox rahat və doğma məkandakı kimi hiss etdiyini deyib.
Müğənni konsert zamanı Azərbaycanın bəstəkar və xalq mahnılarına da müraciət edib. Onun ifa etdiyi “Gəncədən gəlirəm”, “Olmaz-olmaz”, “Gəl ey səhər” və “Xalq Heydər söyləyəcək” mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə Gəncə Dövlət Filarmoniyasının və Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi də çıxış edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info