Ukraynadakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı
Tarix: 11.05.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Ukraynadakı soydaşlarımız da qoşulublar. Gənclər Dünyası İctimai Birliyinin sədri Nicat Mirzəyevin təşkilatçılığı ilə Ukraynadakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Bu təbriklərə milli geyimlərdə ukraynalı gənclər də qoşulublar. Həmvətənlərimiz, eyni zamanda Ukraynada yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
https://www.youtube.com/watch?v=g1NC8OmwYQ8&feature=youtu.bess

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

Xaricdəkilər
1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
3. Benilüks Azərbaycanlıları Konqresi
4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
12. Norveçdə CAN Təşkilatı
13. Norveç Azərbaycan Gənclər Təşkilatı
14. Norveç Azərbaycan Tələbələr Təşkilatı
15. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar
16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
19. Gənclərin Həmrəyliyi İctimai Birliyi
20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
22. XX Əsrin Qadınları İctimai Birliyi
23. “Vəfa” Sosial-İctimai Birliyi
24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
25. Gəncə Regional Qadın Mərkəzi
26. DiasporTV
27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi
28. Dünya Gənc Türk Yazarlar Birliyi
29. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
30. Sabir Fondu
31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
32. Beynəlxal Mutikultural Şəbəkəsi
33. ENACTUS Azərbaycan
34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi
37. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi

Əkbər




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info