Gimnastlarımız İspaniyada dünya kuboku yarışında uğurla çıxış ediblər
Tarix: 11.05.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, son günlər uğurlu çıxışları ilə yadda qalan Azərbaycanın yeniyetmə gimnastları bu turnirdə də mükafat qazanıblar. Komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova yığmamızın ümumi hesabına 88,550 xal yazdırmaqla üçüncü pilləyə yüksəliblər. İdmançılarımız bu uğurlu nəticə sayəsində turnirin bürünc medalına layiq görülüblər. Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan isə 86,950 xal toplayaraq dördüncü pillədə qərarlaşıblar.
Gimnastlarımız fərdi yarışların finalında da inamlı təsir bağışlayıblar. Final mərhələsində A.Cəlilova gürzlərlə hərəkətlərdə dördüncü, lentlə çıxışda isə yeddinci olub. Y.Luzan isə halqa ilə çıxışına görə altıncı yeri tutub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info