“ZTE” smartfonlarının satışı dayandırılıb
Tarix: 11.05.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“ZTE” şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə əsas əməliyyat fəaliyyətini dayandırıb. Şirkətin rəsmi internet mağazası bağlanıb və “Taobao” saytında elektronikanın satışı aparılmır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, bundan əvvəl ABŞ qanunvericilik orqanları tərəfindən yerli şirkətlərə 2025-ci ilədək Çinə qurğuların komplekt hissələrinin ixracı qadağan edilib. Problem ondadır ki, Çin şirkətinin əsas tədarükçüləri məhz ABŞ-da fəaliyyət göstərir.
Məlumata görə, “ZTE” şirkəti yeni komplekt hissə tədarükçüləri tapacağı halda fəaliyyətini davam etdirəcək. “the Wall Street Journal” nəşri bildirir ki, bundan sonra smartfonlarda Tayvanın “MediaTek” istehsalçısının prosessorları quraşdırılacaq.
Bundan başqa, şirkət vacib smartfonlar bazarından məhrum ola bilər. “ZTE” brendi stabil olaraq ABŞ-da ən populyar qurğular beşliyinə daxildir. ABŞ hökuməti Çin smartfonlarının hərbi bazalar ərazisində satışına qadağa tətbiq edib. Daha əvvəl isə Federal Təhqiqatlar Bürosu (FTB) ölkə sakinlərini Çin smartfonlarından istifadənin təhlükəsi barədə xəbərdarlıq edib. Büronun məlumatına görə, bu qurğular fərdi məlumatları oğurlayaraq üçüncü şəxslərə ötürə bilərlər.
“Reuters” agentliyi analitiklər arasında sorğu keçirərək onların məsələyə münasibətini öyrənib. Onların qənaətinə görə, şirkəti iflas gözləyir. Qeyd edək ki, smartfonlar şirkətin yeganə məhsulu deyil. Belə ki, “ZTE” böyüklüyünə görə ikinci telekommunikasiya avadanlığı istehsalçısı hesab olunur.
Xatırladaq ki, ABŞ hökuməti “Huawei” və “ZTE” şirkətlərinə qarşı sanksiyaları başqa səbəbə görə tətbiq edib. Hökumət Çin istehsalçılarını İrana elektronika tədarükündə günahlandırır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info