“Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb
Tarix: 11.05.2018 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
Gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.
Gəmidə iki ədəd yeni köməkçi mühərrik quraşdırılıb, işıqlandırma sistemi tamamilə yeniləri ilə əvəzlənib.
Bundan başqa, təmir zamanı gəmi heyətinin yaşayış və xidməti otaqları da unudulmayıb. Belə ki, kayutlarda yeni şkaf və çarpayılar quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanada təmir işləri aparılıb.
Təmir çərçivəsində “Ehram Xalıqov” gəmisinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Gəmi dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
“Ehram Xalıqov” gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft və qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında yaxından iştirak edəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23.03.2019
Tanınmışların “əkiz tayları“
22.03.2019
Qadınlar niyə kişilərdən çox yaşayır?
22.03.2019
Toyuğu bişirməzdən əvvəl yumayın
22.03.2019
Yeni Zelandiyanın Xarici İşlər naziri müğənni Haluk Leventə təşəkkür etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info