UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir
Tarix: 11.05.2018 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


UNEC-in yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir. İqtisadiyyat ixtisası üzrə IV kursda təhsil alan 35 tələbə ixtisas təcrübəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində keçir.
Təcrübə zamanı tələbələr mərkəzin Əmək bazarı və məşğulluq problemləri şöbəsində əmək bazarının öyrənilməsi, monitorinqi prosesləri, o cümlədən sorğu anketlərinin hazırlanması və sorğuların keçirilməsi texnologiyaları ilə tanış olaraq, həmin proseslərdə yaxından iştirak ediblər. Həyat səviyyəsi və sosial müavinətlər şöbəsində isə onlar sosial müavinətlər sisteminin vəziyyəti, eləcə də, ünvanlı sosial yardım mexanizminin fəaliyyəti, özünüdəstək proqramının tətbiqi ilə bağlı yeniliklərlə tanış olublar. Hazırda tələbələr təcrübələrini Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili ilə Əmək şəraiti və əməyin mühafizəsi şöbələrində davam etdirirlər. Tələbələrin təcrübə prosesinin gedişinə UNEC-in təyin etdiyi təcrübə rəhbərləri professor Natiq Qasımov, dosentlər Sevinc Bayramova, Həmid Zeynalov, İsmayıl İsmayılov və Rəşad Hüseynov nəzarət edir. Müəssisə tərəfindən təyin edilən təcrübə rəhbərləri dosent Mətləb Mahmudov və Elxan Novruzov ixtisas təcrübəsi dövründə UNEC tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirərək onların tapşırıqları uğurla yerinə yetirdiklərini bildiriblər.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info