Canan Karatay sümük suyunun möcüzəvi faydasini açdi
Tarix: 11.05.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər
Məşhur kardioloq və professor Canan Karatay bu dəfə sümüyün faydaları haqqında məlumat verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kardioloq Türkiyədə ətin baha olmasından gileylənsə də, orqanizmin ehtiyacı olduğu zülalları qarşılamaq üçün maraqlı üsul təklif edib:
"Mənə deyirlər ki, ət baha olduğu üçün ala bilmirik. Tez-tez ət almağa imkanı olmayan şəxslərə sümüklü ət almağı məsləhət görürəm. Hər cür sümüyü aşağı temperaturda qaynadıb suyunu için. Sümük suyu gənc və uşaqlar üçün enerji mənbəyidir. Beyinlərini və başlarını inkişaf etdirir. O zaman şagird və tələbələr imtahanlarına daha yaxşı çalışırlar”.
Karatay həmçinin orqanizmə daxil olan hər cür şəkərin zərərli olduğuna diqqət çəkərək bu ifadələri işlədib:
"İstər paxlava, istər künəfə yeyin, istənilən şirniyyatı ağzımıza aldığımızdan etibarən o qan şəkərini yüksəldir. Orqanizm onu şəkər olaraq qəbul edir. Damaq dadı və beyindəki ləzzət hissinə bədən fikir vermir, çünki özünü zərərdən qorumaq məcburiyyətindədir. Şəkər insulin ifraz edir. Hər cür qənnadı məhsulları, şəkərlər, bütün qazlı içkilər, təzə və hazır sıxılmış meyvə suları da şəkərdir. Süni qidalandırıcılar, kartof qızartması, makaron və enerji içkiləri çox təhlükəlidir. Nə üçün? Çünki hamısı insulini yüksəldir”.
Karatay yerli meyvələrin yeyilməsini tövsiyə edib:
“Kənd təsərrüfatı zəhəri ilə yuyulmayanlar” ən faydalısıdır. Yerli dağ alması və yemişan yeyin. Onlardan hazırlanan turşuları da yemək olar. Onlar ən sağlam qidalardır".




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Yayda necə qidalanmalıyıq?
23.05.2018
Havaya reaksiya verirsinizsə, qanda xolesterini yoxlayın
22.05.2018
Mövsümi meyvələrin faydası
21.05.2018
Ramazanda baş ağrısını dərmansız yox etməyin üsulları
18.05.2018
Mixəyin faydaları

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info