“Bu, Moskvanın bizə Sarkisyanı devirdiyimizə görə, gözlənilən cavabıdır”
Tarix: 12.05.2018 | Saat: 02:17:00 | E-mail | Çapa göndər


“Rusiyanın Ermənistana münasibətdə siyasəti heç bir şəkildə müttəfiq deyil, şantajdır.
Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan gətirilən tərəvəzlərin idxalı ilə əlaqədar müvəqqəti məhdudiyyətlər tətbiq edir. Ermənistandan aparılan pomidorlarda xəstəliklər aşkarlayır. Belə görünür ki, bütün bunlar Moskvanın bizim Serj Sarkisyanı deviriyimizə görə, gözlənilən cavabıdır”. Bu fikirlər erməniləırin “ArmenianReport” saytında yer alıb. Məqalədə daha sonra deyilir: “Axı, Rusiya Gürcüstan və Ukraynadakı məlum hadisələrdən sonra da bu ölkələrdən intiqam aldı”.
Saytın iddiasına görə, “bütün bunlar Rusiyanın təcrübəsində ilk dəfə deyil. Biz bunu Moskvaya sadiq Belarus rəhbərinin də qarşılaşdığı haqsızlıqda görmüşük. Belə ki, rus baytarları Belarusdan alınan məhsullarda da bir sıra tapıntılar tapıblar”.
Saytdakı məqalə müəllifinin fikrincə, Rusiyanın Ermənistana təzyiq siyasəti, tərəfdaş adlandırdığı ölkənin maraqlarına hörmətsizliyi bu gün də davam edir: “Heç bir dövlət ona hörmət etməyən dövlətə müttəfiq ola bilməz. Bunu qazaxlardan, beloruslardan, elə ermənilərin özlrindən soruşun. Biz bəyan edirik ki. biz ruslarla qardaş deyilik. Onlar bunu dərk edib geri çəkilməlidirlər”. Bu fikirlər də erməni saytındakı məqalədə yer alıb.
Yenidən, Leontievi, onun erməniləri necə “təhqir” etdiyini xatırladan sayt, onun sonradan üzr istəməsini də səmımıyyətdən uzaq bir hal kimi dəyərləndirir. Leontievin “Ermənistan Rusiyasız heç nədir, bu ölkə Rusiya üçün əlavə yükdür”-deməsi, ermənilərə yaman yer eləyib.
Onlar (ermənilər) rus səlahiyyətlilərinin Leontievin mövqeyi ilə paylaşmadıqları iddiasına da inanmadıqlarını bildirirlər: “Sadəcə, açıqca səsləndirmirlər. İndi də “Rosselkhoznadzor” bizi sanksiyalarla təhdid edir. Lakin biz bunu da yaşayacağıq(?), Ancaq bütün bunlardan sonra rusların bizimlə müttəfiqlik haqqında danışması bizə lazım deyil”.
Maraqlıdır ki, Moskvanın Ankara və Bakı ilə qurdugu isti münasibətlər Ermənistanı daha çox qıcıqlandırır: “Rusiya bu gün Azərbaycanla münasibətlərin hərtərəfli inkişafını düşünür, bu da Türkiyə ilə birlikdə ölkəmizin blokadasını davam etdirir”. Bunu da sayt yazır və həyasızcasına Rusiyanı hələ də Bakıya qarşı təzyiq göstərməməkdə suçlayır.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
13.10.2018
Koçaryan: “Parlament seçkiləri Paşinyan üçün “zəfər”, dövlətçilik üçün ciddi bir məğlubiyyət olacaq“
12.10.2018
Washington Times: Ermənistanda anarxiya, qanunsuzluq və qarışıqlıq hökm sürür
12.10.2018
Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var
12.10.2018
Diaspor rəhbəri Misir Parlamentinin komitə sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10252

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info