Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib
Tarix: 13.05.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Mayın 9-13-də Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib.
Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O, yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının “Şərəf” ordeninə layiq görülüb.
2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanlı çaparların builki “Land of Fire - Azerbaijan” xüsusi şou-proqramdan ibarət və “Sərhədçi” rəqs ansamblının müşayiət etdiyi çıxışları da əvvəlki illərdə olduğu kimi yenidən tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
08.07.2020
Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
06.07.2020
“Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
06.07.2020
Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
04.07.2020
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
3 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
4 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
5 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info