Misirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Tarix: 14.05.2018 | Saat: 05:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub. Misir parlamentinin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, daimi komissiyalarının sədrləri, deputatlar, bu ölkənin xarici, mədəniyyət və turizm nazirləri, təhsil nazirinin müavini, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri ziyafətdə iştirak ediblər. Azərbaycanın Misirdəki səfiri Tural Rzayev tədbirdə çıxış edərək qonaqlara Azərbaycan Demokratik Respublikasının tarixi, müasir dövlətimizin əldə etdiyi nailiyyətlər, ölkəmizin iqtisadi, elmi, mədəni, turizm potensialı barədə dolğun məlumat verib. Səfir Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanlı diplomat beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq bu ışğalın hələ də davam etdiyini xatırladıb.
Ziyafət zamanı Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli film nümayiş olunub. “Azərbaycanın milli paltarları” adlı moda nümayişi tədbir iştirakçılarının marağına səbəb olub.
Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” milli rəqslərimizi təqdim edib. Daha sonra Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Səlim Abbasovun ifasında populyar Azərbaycan və ərəb musiqiləri səsləndirilib. İstedadlı kaman ustasının özünəməxsus ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi loqosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.
Misirin bir sıra televiziya kanallarında və nüfuzlu qəzetlərində rəsmi qəbul və konsert proqramı haqqında xəbər və reportajlar yayımlanıb, xəbərlər dərc edilib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info