Azərbaycan alimləri Daşkənddəki beynəlxalq konfransda iştirak ediblər
Tarix: 14.05.2018 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Qazaxıstandakı Türk Akademiyasının təşkilatçılığı ilə Daşkənddə “Özbək dilinin beynəlxalq türkologiyada rolu və beynəlxalq əməkdaşlıq məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Universitetdə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqlar iştiirak edib.
Ölkəmizi bu konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz, AMEA- Əlyazmalar İnstitutunun bölmə müdiri Kərimulla Məmmədzadə və Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə doktoru Yaşar Alxasov təmsil edib.
Universitetin rektoru, professor Şuxrat Siracəddinov iştirakçıları salamlayaraq uzun illərdən sonra Özbəkistanda türkologiya ilə bağlı keçirilən ilk konfransın bu sahədə böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
Özbəkistanın təhsil naziri İnamjon Majidov, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professorru, akademik Axmadali Askarov və başqaları təbrik nitqi söyləyib, konfransa uğurlar arzulayıblar.
Samir Abbasov çıxışında konfransın əhəmiyyətindən danışaraq xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə malik olduğunu, Dədə Qorqud, Manas, Alpamış, Koroglu kimi eposlar yaradan, Nizami, Yunus Əmrə, Abay, Əlişir Nəvai, Fuzuli, Muxtimqulu kimi dahi söz ustaları yetişdirən türk xalqlarının zəngin mədəniyyəti və ədəbiyyatından danışıb. Natiq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk xalqları ədəbiyyatlarına, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət barədə danışıb, 2005-ci il 5 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 80 illiyinin Azərbaycanda geniş qeyd olunmasına dair Sərəncam imzaladığını və 2006-cı ildə Bakıda böyük Beynəlxalq Konfransın təşkil olunduğunu söyləyib.
O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək və Azərbaycan dilində çapdan çıxan “Özbək şeiri çələngi” adlı kitabı universitetin rektoruna təqdim edib.
Yunus Oğuz, Yaşar Alxasov və Kərimulla Məmmədzadə konfransda türkologiyanın aktual məsələləri ilə bağlı məruzə ediblər.
Çıxışlarda bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək türk dünyası ölkələri arasında ilk dəfə olaraq Bakı şəhərində I Türkoloji Qurultay keçirilib. XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının həyatında bu qurultayın böyük rolu olub. Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını saxlayır.
Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Astanadakı Beynəlxalq Türk Akademiyası arasında Əməkdaşlığa dair memorandum imzalanıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır
15.09.2020
Ukraynada yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb
13.09.2020
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
12.09.2020
“Mənim Bakım” adlı yeni layihəyə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info