Bir qrup gənc Türkiyənin Antalya şəhərində keçirilən festivalda iştirak edib
Tarix: 14.05.2018 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc (Mərkəzin iki nəfər müəlliminin müşaiyəti ilə) “Əlilliyi olan şəxslər Həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.
Həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” (“Mutluluk atolyesi”) layihəsi çərçivəsində təmin edilib. Proqrama uyğun olaraq, onların 15 gün müddətində qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olmaları, müxtəlif peşə hazırlığı kurslarında iştirakı nəzərdə tutulub.
Səfər zamanı musiqili teatr festivalında da iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul olunub. Burada kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə də cəlb edilir, müvafiq sahədə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info