“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları”
Tarix: 14.05.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Bakıda İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filminin nümayişi olacaq.
 
Səfirlikdən verilən məlumata görə, Azərbaycan tarixində qadınların əhəmiyyətli rolundan bəhs edən film bu il İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb.
Film mayın 16-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində təqdim olunacaq. 
 
“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filmi Azərbaycanda qadınlara səsvermə hüquqlarının verilməsinin 100 illiyinə həsr olunub və son əsrdə Azərbaycan qadınlarının vəziyyətini əks etdirir. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən bu filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Hər bir dövr üçün öz zamanının nümunəsi sayıla biləcək görkəmli qadınlar təqdim olunur. Hazırlanmasında xeyli nadir arxiv materiallarının da istifadə olunduğu bu məlumatlılığın artırılmasına yönəldilmiş film-səyahət bu gün qadınların hansı çətinliklərlə qarşılaşdıqları və onlar üçün 21-ci əsrdə hansı imkanların mövcud olması haqqında suallarla sona çatır.
 
Sənədli filmin nümayişi İsveçrə səfirinin iştirakı ilə keçiriləcək. Giriş pulsuz olacaq.
Film Azərbaycan dilində ingiliscə subtitrlərlə göstəriləcək. Sənədli film İMAGİNE Avro Tolerantlıq Festivalına töhfə kimi nümayiş etdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info