Naxçıvan teatrının yaranmasının 135 illiyi qeyd olunub
Tarix: 14.05.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış qədim Naxçıvan teatrının yaradılmasının 135 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bu sənət ocağının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Naxçıvan teatrı yarandığı gündən sağlam məfkurə, yüksək sənətkarlıq baxımından fərqlənən repertuar uğrunda mübarizə aparıb, mütərəqqi ideya və prinsiplər əsasında böyük inkişaf yolu keçib. Naxçıvan teatrının inkişafında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız əsl fədakarlıq nümunəsi göstəriblər.
“Bu gün Naxçıvan Muxtar Respublikasında teatrlar diqqət və qayğı ilə əhatə olunub. Məhz bu diqqətin nəticəsidir ki, 2008-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi geniş şəkildə qeyd olunub, teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci ildə istifadəyə verilib”, – deyən Natəvan Qədimova vurğulayıb ki, muxtar respublikada gənc aktyor nəslinin yetişməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti və Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisasları fəaliyyət göstərir. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapır.
Nazir Naxçıvan teatrının 135 illiyi münasibətilə bütün teatrsevərləri təbrik edib, teatr xadimlərinə, teatrımıza, ümumilikdə, Naxçıvan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirin sonunda tanınmış dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşası göstərilib.
Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir. Avropa və Asiya arasında yerləşən bir şəhərdə mədəniyyətlərin, sivilizasiyaların kəsişməsi, Azərbaycan xalqının tolerantlığı öz əksini tapıb.
Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış artistləri ilə yanaşı, gənc aktyorları da maraqlı obrazlar yaradıblar.
Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundov dövrün koloritini canlandırmağa çalışıb. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmanqulu Əhmədovun musiqi tərtibatı da hadisələrlə səsləşir. Tamaşada görkəmli bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və başqalarının musiqisi ilə yanaşı, gürcü, tatar melodiyalarından da istifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin -təklif
23.09.2020
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
22.09.2020
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
21.09.2020
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
21.09.2020
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info