“AmCham Azərbaycan”ın nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Tarix: 14.05.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən və ABŞ investisiyasını təmsil edən 10 nəfərdən artıq şirkət rəhbərindən ibarət nümayəndə heyəti Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) dördgünlük “Door-Knock” missiyası çərçivəsində mayın 14-də Vaşinqtona səfər edib.

“AmCham Azərbaycan”ın icraçı direktoru xanım Natəvan Məmmədova və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti, “AmCham Azərbaycan”ın Direktorlar Şurasının üzvü Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyətində “Chevron Xəzər”, “KPMG Azərbaycan”, “Coca-Cola”, “Nobel Oil”in Azərbaycan filialı, “FedEx Express”, “Cross Caspian Oil and Gas Logistics”, “Boeing” və “John Deere” şirkətlərinin təmsilçiləri iştirak edirlər.

“AmCham” tarixində ilk dəfə keçirdiyi “Door-Knock” missiyasının məqsədi Azərbaycana investisiyaları təşviq etməkdən ibarətdir. Bu məqsədlə “AmCham” nümayəndələri dörd gün ərzində ABŞ Konqresinin üzvləri, Administrasiya rəsmiləri, analitik mərkəzlərin əməkdaşları, ABŞ biznes icmasının rəhbərləri və digər şəxslərlə çoxsaylı görüşlər keçirəcək. Görüşlər zamanı nümayəndə heyəti müvafiq şəxslərə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, biznes imkanlarının potensialı və ABŞ-Azərbaycan iqtisadi münasibətləri haqqında ətraflı məlumat verəcək.

Bundan başqa, səfər zamanı nümayəndə heyəti ABŞ Ticarət Palatasında keçiriləcək Üçüncü Trans-Xəzər Forumuna da qatılacaq. Forumda ABŞ-ın və Trans-Xəzər dəhlizi ölkələrinin ictimai xadimləri və biznes liderləri bir araya gələrək strateji tərəfdaşlığın inkişaf etdirilməsi, o cümlədən biznes, ticarət və investisiya imkanlarını müzakirə edəcəklər.

Növbəti günlər ərzində missiya və onun nəticələri barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı, aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Norveçdə 21 min işçisi olan şirkət bağlanıb
23.09.2019
Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info