Etika Akademiyasında ustad dərsləri davam edir
Tarix: 14.05.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Etika Akademiyasında silsilə davam edən ustad dərslərinin bu dəfəki qəhrəmanı Azərbaycanın Əməkdar artisti, ŞHK üzvü, naşir, şoumen, Kinemotaqrafiya və Karikaturistlər Brilyinin üzvü Bəhram Bağırzadə olmuşdur. “Gülüşdə etika və estetika” adlı seminarda Etika Akademiyasının məşqçi heyyəti interaktiv sual-cavab vasitasilə müasir gənclərə intelektual gülüşü necə aşılamalı haqda müxtəlif suallar verdilər. Səmimiyyəti və hazır cavablığı ilə fərqlənən Bəhram Bağırzadə təhsilə çox önəm verdiyini və əsas açar olaraq keyfiyyətli təhsili xüsusi vurğuladı. Bəhram Bağırzadənin dəyərli fikirləri sırasında etiket dərnəklərində zövqün cilalanması üçün rəssamlığı , iti ağıl və məntiq üçün şahmatı , nitq mədəniyyəti üçün şifahi ədəbiyyatı , qamət üçün milli rəqsləri məsləhət gördü. Müasir gənclərə dəyərləri aşılmaqda yeniliklərin, internetin , yüksək texnologiyaların çox önəmli olduğunu və bununla əlaqəli öz övladları ilə daim məsləhət etdiyini söylədi. Yeni nəsli daha düzgün anlamaq üçün onlarla ünsiyyəti və onların fikirlərinə hörmət etməyi tövsiyə etdi. Zövqün , intelektual yumorun , keyfiyyətli düçüncənin formlaşması üçün təhsilin gücünü və kütləvi informasiya vasitələrinin effektivliyini dəfələrlə vurğuladı. Hər kəsi Azərbaycan vətəndaşına çox hörmətlə yanaşmağı və görülən işlərdə gözəlliyin , milli dəyərlərin əskik olmamamsına diqqət yetrməyə çağırdı. Atasının məşhur , “pişik belə alanda ən gözəlin al” deyimi ilə fikrini izah etdi. Etika Akademiyasında 2 saat davam edən bu seminar yüksək əhval ruhiyyəsi və effektiv məsləhətləri ilə yadda qaldı. Sonda Bəhram Bağırzadə Etika Akademiyasının işinə uğurlar arzu edərək bu yolda dəstək verəcəyini bildirdi. Etika Akademiyasının heyyəti isə öz növbəsində Bəhram Bağırzadənin yenı işıq üzü görəcək “ Bakı – uşaqlar üçün “ adlı kitabını etiket dərnəklərində milli dəyərlərin aşılanmasında istifadə etmək arzusunda olduqları üçün səbirsizliklə gözlədiklərini bildirdilər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info