Diaspor fəalımız Helsinki Komissiyasına bəyanat ünvanlayıb
Tarix: 14.05.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


ABŞ-dakı “Millennial” Siyasət Mərkəzinin təsisçi üzvü Vüqar Şahbazlı Helsinki Komissiyasına bəyanat ünvanlayıb. Diasporla İş Üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyanatda 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, ölkədə həyata keçirilən islahatlar, Azərbaycan ilə ABŞ arasında tərəfdaşıq əlaqələri haqda məlumat verilib. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfərlərinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı regionda böyük iqtisadi potensiala və böyük nüfuza malik ölkə kimi dəyərləndirib. Azərbaycanın Avropanın enerji təchizatındakı rolu, “Cənub Qaz Dəhlizi” və digər enerji layihələrindəki rolu yüksək qiymətləndirilib.
Bəyanatda ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda terrorizmə qarşı mübarizənin xüsusi yer tutduğu bildirilir: “Əfqanıstan, Kosovo, İraqda sülhyaratma proseslərində iştirak, təhlükəsizliyin təmin olunması istiqamətində terrorizmə, ekstremizmə qarşı birgə mübarizənin aparılması ölkələr arasındakı münasibətlərdə xüsusi yer tutur. Gündən-günə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı dövlətdir. 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələri zamanı Azərbaycan qeyd-şərtsiz Birləşmiş Ştatlara dəstək verərək, beynəlxalq terrorizmə qarşı mübarizədə köməyini əsirgəməyib. ABŞ-Azərbaycan münasibətlərində digər mühüm məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin həlli prosesinə yaxından cəlb olunub. Azərbaycan xalqı ABŞ-ın münaqişənin həllinə, sayı 1milyonu ötmüş qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmasına dəstək verəcəyinə inanır”.
Bəyanatda, həmçinin qeyd edilib ki, ABŞ-dakı bəzi qurumlar Azərbaycandakı inkişaf proseslərini görməzlikdən gəlir və müəyyən lobbist qruplar müvafiq hesabatlarla Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmır.
Bəyanatın sonunda 2018-ci il aprel seçkilərində İlham Əliyevin 86 faiz səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi faktı diqqətə çatdırılıb. Məhz İlham Əliyevin rəhbərliyi altında milli maraqların müdafiəsinə əsaslanan siyasətin həyata keçirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. “Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət, digərlərinin daxili işlərinə qarışmamaq və s. kimi prinsiplərə əsaslanan siyasət yürüdür. Bu yanaşmanın özü müsbət nəticələrə rəvac verir. Azərbaycanın xarici siyasəti müstəqildir”, - deyə bəyanatda qeyd edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info