Ukrayna saytı AXC-nin 100 illiyindən yazıb
Tarix: 14.05.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Ukraynanın “Versii” saytında həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən məqaləsi yerləşdirilib.
Məqalədə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında baş verən mühüm tarixi hadisədən - müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından söhbət açılır. Qeyd olunur ki, Azərbaycan Milli Şurasının sədri vəzifəsinə Məmməd Əmin Rəsulzadə seçilib.
Cəmi iki il mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti öz zəngin dövlət quruculuğu ənənəsi ilə milli dövlətçilik tarixində silinməz iz qoyub, xalqın ürəyində azadlıq və müstəqillik, Vətəni ilə qürur duymaq hisslərini gücləndirib, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
“Bu tarixi fenomen despotizm və monarxiyanın hökm sürdüyü Şərqdə XX əsrin əvvəllərində demokratik idarəçilik üsulunu seçib. Azərbaycan Xalq Cümhuriyyəti ölkə tarixində ilk parlament respublikası kimi, bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında qanunun aliliyinə əsaslanan ilk demokratik dünyəvi dövlət modeli olub. Azərbaycan Xalq Cümhuriyyəti öz siyasi strukturu, dövlət quruculuğu prosesində atdığı addımlar, habelə ümdə məqsəd və vəzifələri baxımından ənənəvi Avropa demokratik idarəçiliyi səviyyəsinə tam çatıb.
Xatırlamaq lazımdır ki, rəsmi Kiyev və Bakı arasında qarşılıqlı əlaqələrin tarixi çox-çox əvvələ gedib çıxır. 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində Xüsusi Diplomatik Missiyasının rəhbəri İvan Kraskovskinin xarici işlər naziri Fətəli xan Xoyskiyə etimadnaməsini təqdim etməsi faktı buna sübutdur.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası onu xalqın tarixi təcrübəsi kimi, eləcə də müstəqil xarici siyasət quruculuğu kimi öyrənmək zərurətini doğurur. Buna görə də, fikrimizcə, Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə səlahiyyətli naziri kimi (Envoye Extraordinare et Ministre Plenipotentiare) İstanbulda Türkiyənin və digər ölkələrin siyasi və dövlət xadimləri ilə apardığı konfidensial söhbətlərin qeydlərinin dərc edilməsi böyük tarixi dəyərə malikdir. Bu, zamanlar arasında əlaqəni bərpa etməyə, diplomatiya sənətinin varisliyini, Azərbaycanın xarici siyasət problemlərinin demokratik həllini təmin etməyə imkan yaradar.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini və himnini qəbul edib və dövlətçilik ənənələrinə sadiqliyini göstərib. Həmin vaxtdan etibarən xalqımız mayın 28-ni Respublika Günü kimi qeyd edir”, - deyə məqalənin müəllifi, professor Arif Quliyev yazır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info