Arman Melikyan: ”Artıq Ermənistan əhalisi də yorulub”
Tarix: 14.05.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Armen Qriqoryan: "Rusiyanın Ermənistana münasibətdə vassal kimi yanaşmasının təbiətini dəyişmək çox çətin olacaq"

Belələiklə, dünən Soçidə Avrasiya İqtisadi Birliyi ölkələrinin zirvə görüşündə Belarus, Qazaxıstan, Qırğızıstan rəhbərləri ilə yanaşı, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da ilk dəfə iştirak etdi.

Toplantıdan əvvəl jurnalistlərə açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putinin bütün ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilirdi. Təbii ki, erməni cəimiyyətində Putinin Ermənistanın yeni rəhbəri Paşinyanla görüşünə böyük maraq olması yanaşı, fikirlər də müxtəlifdir. Belə ki, erməni siyasətçiləri bu görüşə hər biri öz aspektindən yanaşırlar. Məsələn, «1in.am» saytına danışan politoloq Armen Qriqoryanın fikrincə, bu görüşdən sonra belə, Ermənistanın əvvəlki hakimiyyətlərinin iştirakı ilə meydana gələn vassal əlaqələrinin təbiətini dəyişmək çox çətin olacaq: «Hər halda, Putin öz hakim mövqeyini yenidən təsdiqləməyə və çox ehtimal ki, o, münasibəti kobud, təcavüzkar üslubda qurmağa çalışacaq». Qeyd edək ki, Qriqoryan Baş nazir Nikol Pashinyanın Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına da münasibət bildirib. Politoloqun sözlərinə görə, «belə bir səfərin daxili və xarici siyasətə təsir göstərəcəyini də nəzərə almaq lazımdır. Məncə, çox mürəkkəb bir proses olsa belə, artıq müzakirələrin formatı dəyişdirilməlidir».
Rusiyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına diqqət çəkən erməni politoloq, Abxaziya və Cənubi Osetiya münaqişələri zamanı da onların tərəf kimi danaşaqlara qatılmadığını xatırladır.
Saytın «Daxili legitimliyin Paşinyana Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməyə imkan verəcəyini düşünürsünüzmü” sualını cavablandıran Qriqoryan deyir: «Səlahiyyətlilərin vətəndaşların yardımlarından «ehtiyat gücü» kimi faydalanması ehtimalı daha böyükdür. Ancaq qarşıdan gələn fövqəladə parlament seçkilərindən sonra yaranacaq hökumətdən gözləntilərin olması da böyük maraq kəsb edir. Maraqlıdır, görən seçkidən sonra verilən vədlər reallaşacaqmı?» Qonşu Gürcüstanla münasibətlə bağlı sualı cavabladıran erməni politoloq hər hansı tərəfdaşla olan münasibətlərin Moskvanın müəyyənləşdirdiyi mövqeyə uyğun qurulmasının əleyhinə olduğunu bildirir.
Digər erməni siyasətçi Arman Melikyan da, 1in.am» saytına danışarkən deyir ki, bu gün Ermənistanın özündə Dağlıq Qarabağın daxili siyasi reallıqları ilə bağlı aydın və hərtərəfli fikirə malik olanlar bir neçə nəfərdir: “Əgər Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret proqramı yoxdursa, onun üçün münaqişənin həlli çətin ola bilər. Onun Qarabağda səsləndirdiyi bəyanatlar rəsmi İrəvanın vasitəçilərə və Azərbaycana yeni ultimatum tələb edən təqdimatı kimi qəbul edilə bilər, və təbii ki, danışıqlar prosesini uğursuzlaşdıra bilər. Çünki, artıq Ermənistan əhalisi də yorulub. Onlar indi boş sözlərə deyil, işlərə inanırlar».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info