Moskvada “erməni soyqırımı” ilə bağlı kitablar çapdan çıxıb
Tarix: 14.05.2018 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Moskvada “erməni soyqırımı” ilə bağlı ABŞ və Türkiyə tarixçilərinin birgə ərsəyə gətirdiyi kitablar çapdan çıxıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin obyektiv tədqiqatı ilə bağlı "ROSSPEN" Nəşriyyat Evi ilə birgə həyata keçirilən layihə çərçivəsində amerikalı hərbi tarixçi Edvard C. Eriksonun "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" və Casstin Makkarti, Əsat Arslan, Cəmaləddin Daşkıran və Ömər Turanın müəllifi olduqları "Ermənilərin Vanda üsyanı" adlı kitablar nəşr olunub. Xatırladaq ki, bu layihə çərçivəsində indiyədək tarixçi Günter Levinin "Osmanlı imperiyasında erməni məsələsi: miflər və reallıq", Castin Makkartinin "Türklər və ermənilər: Osmanlı imperiyasında milliyyətçilik və milli münaqişə" kitabları çap olunub. Ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin siyasiləşdirdiyini nəzərə alan "ROSSPEN" nəşriyyat Evi kitabların müəllifi, amerikalı Edvard C. Eriksonu Moskvaya dəvət edib. May ayının 31-də Arbat küçəsindəki "Kitab Evi"ndə Eriksonun müəllifi olduğu "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatı keçiriləcək. Qeyd edək ki, amerikalı hərbi tarixçi E.C. Eriksonun kitabında ilk dəfə olaraq müqayisəli analiz prinsipi ilə çoxmillətli Osmanlı imperiyasında XIX əsrin sonunda- XX əsrin əvvəlində hökumətin üsyançılara qarşı mübarizə fəaliyyəti tədqiq edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info