Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
Tarix: 15.05.2018 | Saat: 12:04:00 | E-mail | Çapa göndər


Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar. Artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyatı, “Odlar yurdu” Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı üzrə bölməsi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər. 
Açılış “Odlar yurdu” rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.
Öncə səhnədə Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, “Odlar yurdu” rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov çıxış ediblər. Çıxışçılar  Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladığını və bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiklərini bildiriblər. Həmçinin Krasnoyarskdakı soydaşlarımız AXC ilə bağlı keçirilən silsilə tədbirlərdə aktiv olmağa dəvət edilib.
Daha sonra min nəfərlik zalda Azərbaycanın “Qarabağ”, “Zorxana”, “İgidlər”, “Tərəkəmə”, “Köçəri”, “Qarabağ çobanlar” və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. 
Krasnoyarskda AXC ilə bağlı növbəti olaraq dəyirmi masa təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada AXC-nin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.
Krasnoyarskdakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq Üzeyir Hacıbəylinin “Cəngi” kompozisiyasının sədaları altında fləşmob ediblər. Həmvətənlərimiz, eyni zamanda Krasnoyarskda yerli sakinlər arasında da AXC haqqında məlumatlandırma aparıblar.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

Xaricdəkilər
1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
3. Benilüks Azərbaycanlıları Konqresi
4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
12. Norveçdə CAN Təşkilatı
13. Norveç Azərbaycan Gənclər Təşkilatı
14. Norveç Azərbaycan Tələbələr Təşkilatı
15. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar
16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
19. Gənclərin Həmrəyliyi İctimai Birliyi
20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
22. XX Əsrin Qadınları İctimai Birliyi
23. “Vəfa” Sosial-İctimai Birliyi
24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
25. Gəncə Regional Qadın Mərkəzi
26. DiasporTV
27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi
28. Dünya Gənc Türk Yazarlar Birliyi
29. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
30. Sabir Fondu
31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
32. Beynəlxal Mutikultural Şəbəkəsi
33. ENACTUS Azərbaycan
34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi
37. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi

Əkbər




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Yasamal rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələrin 100 illik yubileyi qeyd olunub
25.06.2018
 Vyaçeslav Volodin Heydər Əliyev Mərkəzində olub
25.06.2018
“Ərdoğan Türkiyəni bundan sonra daha da inkişaf etdirəcək”
25.06.2018
“Fransadan fərqli olaraq, Azərbaycanda bütün dinlərin nümayəndələri azad şəkildə fəaliyyət göstərirlər”
25.06.2018
Rezidenturaya qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info