Tərləmə əleyhinə təbii vasitələr
Tarix: 15.05.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Tərləmə orqanizm üçün vacib olan proseslərdən biridir. Tər ifrazı lazımsız maddələrin, toksinlərin orqanizmdən xaric olunmasını təmin edərək bədənin temperaturunu sabit saxlamağa yönəlib. Fiziki iş zamanı tərləmə daha çox baş verir, lakin gərginlik və hərarətin yüksək olması da tərləməyə səbəb olur. Qədim Romada tərləməni sağlamlıq rəmzi hesab edərək salamlaşmaq əvəzinə “necə tərləyirsən?” deyə soruşarmışlar. Lakin bəzən tərləmə normadan artıq baş verir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Elnur Eldaroğlunun dediyinə görə, tərləmə normal fizioloji hadisə olsa da, normadan artıq tərləmə hiperhidroz adlanır. Normadan artıq tərləmə bir çox səbəblərdən - hansısa hormonal, infeksion, vegetativ nevroz və xroniki xəstəlik, vitamin, kalsium çatışmazlığı, eləcə də xroniki yorğunluq sindromu zamanı ola bilər. Bədənin tərləməsi daha çox yay ayları üçün xarakterik hesab olunur. Normadan artıq tərləyənlər üçün fəslin fərqi yoxdur. Çünki bu, havanın hərarətindən yox, orqanizmin xarakterindən asılıdır. 48 yaşdan yuxarı qadınlarda həmin prosesə daha çox rast gəlinir. Təbii ki, tərləmə zamanı narahatlıq hissi olur və bədəndən pis qoxu gəlməməsi üçün müxtəlif vasitələrə əl atılır.
Normadan artıq tərləmədən qorunmaq üçün tətbiq edilən üsullar barədə məlumat verən həkim-terapevt deyib: “Bu sahədə ən yaxşı üsullardan biri bitkilərdən ibarət vannaların qəbul edilməsidir. Xüsusilə bənövşə, gülümbahar və yatıqqanqal bitkilərindən hazırlanan vanna daha səmərəli təsir göstərir. Gündəlik həyatda qoxu əleyhinə qəbul edilən vasitələr kömək etsə də, onların mənfi tərəfləri də var. Çünki onlar bədənin normal tərləməsinə mane olur. Tərləmə çox olanda dezodorant əvəzinə zəy daşından istifadə etmək ən yaxşı təbii vasitədir. Onu hamam prosedurundan sonra bir az nəmli qalması şərti ilə qoltuqaltı nahiyəyə və əllərə sürtmək olar”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Hindistanda yeni qurbağa növü aşkar edildi
15.02.2019
Bu qəsəbədə itlərin hürməsi qadağan olundu
15.02.2019
Fransanın məktəb sənədlərində “ata və ana” sözləri işlədilməyəcək
15.02.2019
Sevgililər gününün tarixi
14.02.2019
12 yaşa qədər uşağa telefon vermək olmaz

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info