Ermənilərin peşmançılığı...
Tarix: 15.05.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər



«ArmenianReport»:
” Biz hakimiyyətə gələn Paşinyanın Rusiyadan uzaqlaşaraq, Qərbə üz tutacağını gözləyirdik”

XVII əsrdə yaşamış fransız yazıçısı Fransua de Lorasfuko yazırdı: «Bir şey nə qədər cidd-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar». Bir də deyirlər ki, “Sonrakı peşimançılıq fayda verməz». Təbii ki, bu kəlamı tərixi baxımdan dəyərləndirsək, sonrakı peşimançılıqdan gələcək nəsillər nəticə çıxara bilsələr, bunun faydası da çox olar.
Artıq Ermənistanda, xalqın bəh-bəhlə hakimiyyətə gətirdikləri Paşinyan haqda peşman olduqlarının ilk əlamətləri sezilməkdədir. Bunun nələrlə sonunclanacağını isə yaxın gələcəkdə görəcəyik. Ermənilərin «ArmenianReport» saytında yer alan yazını ermənilərin sonrakı peşimançılığı barədə yazılan ilk məqalə kimi də dəyərləndirmək olar. Beləliklə, yazıda deyilir ki, bu gün Ermənistanda çoxları, «məxməri inqilabı»ın lideri Nikol Paşinyanın Sarkisyan rejimini necə devirməyi bacardığına, təbii ki, təəəccüblənirlər:” Axı bu, tez və qansız şəkildə necə baş verdi? Sarkisyan nə üçün öz hakimiyyətini Ermənistanın özündə belə, az tanınan «müxalifətçi» deputata təslim elədi? Bununla yanaşı, Paşinyan, ictimai-siyasi mənada, heç Levon Ter-Petrosyan da deyildi.
Lakin bütün bunlara baxmayaraq, o, gözlənilmədən 20 il Ermənistanda hakim olan rejimin devrilməsinə nail oldu. Ən əsası, nə üçün 2008-ci ilin martında xalqın narazılığını laqeyd şəkildə dayandırmağa qərar verən Moskva bu dəfə «passivlik» nümayiş etdirərək, müqəvva Sarkisyanın təsliminə qərar verdi. Bu gün Ermənistan sakinlərini də düşündürən əsas suallardan biri budur ki, niyə Moskva «müxalifətçi» Paşinyanın gəlməsiniə kömək etdi?
Əgər biz deputat Paşinyanın siyasi platformasına nəzər salsaq, o, Rusiyanın yaratdığı qurumların- həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən qəti əleyhdarlarından biri olduğunu görürük.
“Biz, «Elk» fraksiyasının üzvləri, əminliklə, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə heç bir əlaqəsi olmadığını və bu qrumun Ermənistanın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinə ciddi təhlükələr yaratdığını bəyan edirik». Bunlar Nikol Paşinyanın ölkə parlamentində səsləndiridiyi fikirlərdəndir. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı barədə söylədiyi mənfi fikirlər də bu qəbildəndir.
Biz hakimiyyətə gələn Paşinyanın Rusiyadan uzaqlaşaraq, Qərbə üz tutacağını gözləyirdik. Onun ilk xarici səfər kimi Vaşinqton və ya Brüsselə üz tutacağını düşünürdük. Lakin o, baş nazir olduqdan sonra biz artıq Paşinyanın ritorikasındakı əsas dəyişiklikləri görürük. Belə ki, o, ilk olaraq Ermənistanın həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qrumlarda qalacağını bəyan edir. Bundan əlavə, o ilk xarici səfərini Putinlə görüşdə-Soçidə keçirdi. Yəni gözümüzün qarşısında qeyri-adi bir dəyişiklik oldu, məncə buna məntiqsiz bir çevrilmə də demək olar. Bütün bunlar Ermənistan əhalisi arasında «Paşinyanın Sarkisyandan nə ilə fərqlənməsi» ilə bağlı sual doğurur. Necə olur ki, özünü müstəqil siyasətçi kimi təqdim edib, son illər Ermənistanın Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qrumlardan çıxması uğrunda çıxışlar edən bir deputat birdən-birə Moskvanın əzəmətini təbliğ edərək, ölkəsini Rusiya təsirinin orbitində qalmasını irəli sürür.
Belə görünür ki, bizim Paşinyana inanıb, onun arxasınca getməyimiz səhv addım imiş».
Aşağıdakı fikirlər isə «1in.am» saytında yer alıb:
«Artıq bu gün Ermənistanda müxalifətin əksinqilabının ilk əlamətləri, köhnə prezidentlər və nazirlər həm informasiya, həm də siyasi gündəmi diktə etməyə çalışarkən özünü göstərə bilər. Çünki onlar öz təsirlərini yeni Ermənistanın üzərinə qoymağa çalışırlar.
Üstəlik, əksinqilabın hansı təhlükələrdən böyük təhlükə olduğunu və onların sosial qarşıdurma və ya cəzalandırma baxımından daha mürəkkəb olduğunu söyləmək çox çətindir. Bu müzakirələri istəkli və ya istəksiz şəkildə dərinləşdirmək təhlükəli və mənasızdır. Bu gün Ermənistanın öz problemləri var və bunlardan birincisi şübhəsiz ki, keçmiş mühakimələrdən qurtulmaqdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
«ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”
13.08.2018
“Armenianreport.com”: ”Artaşatdakı ticarətçilər etiraz aksiyasına başlayıblar”
11.08.2018
Ermənistanda qarşılıqlı ittihamlar səngimir
11.08.2018
Sabiq nazirin qardaşı qanunsuz silah saxlamaqda ittiham olunur
10.08.2018
Paşinyan Rusiya rəhbərliyini Ermənistanın yeni vəziyyətinə uyğunlaşmağa çağırdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9856

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info