Yeni qurğunun üstünlükləri
Tarix: 15.05.2018 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Almaniya tələbələri istifadəçinin gözünü qırpması zamanı ətraf dünyanı çəkən "Augenblick" adlı qurğu hazırlayıblar. Qurğu göz ətrafında əzələlərin yığılmasına reaksiya verən kamera və ötürücülərlə təchiz edilən eynəkdən ibarətdir.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "Augenblick" Bremen Ali İncəsənət Məktəbinin tələbələri Manasse Pinsuvan və Rene Henrixin diplom layihəsidir. Tərtibatçıların sözlərinə görə, kamera tərəfindən insanların gündə gözlərini min dəfə qırpması zamanı nəzərdən qaçırılan hər şey qeydə alınır. Qurğu istifadəçinin buraxdığı hər ayrıca kadrı yazır. Yüksək həssaslığa malik sensor göz ətrafında əzələlərin yığılmasına reaksiya verərək onu kadrı yazmağa başlamaq üçün siqnal kimi qəbul edir. Kadrın qeydə alınması yalnız göz yenidən açılan zaman dayanır.
Qurğu yaradıcıları layihənin potensial imkana malik olduğunu qeyd edirlər. Videomaterialın montajından məlum olub ki, insan gün ərzində gözünü qırpması nəticəsində minlərlə məqamı nəzərdən qaçırır ki, bundan da qurğu istifadəçisinin həyatı haqqında gündəlik sənədli film yaratmaq olar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
Dronlar kənd təsərrüfatında
13.08.2018
Həddən ziyadə fiziki fəallıq ziyandır
13.08.2018
Ömrünə bir neçə ay qalmış 289 milyon təzminatı uddu
11.08.2018
Çox yemək və arıqlamaq: alimlər inqilabi üsul hazırlayıb
10.08.2018
Avroliqa matçında insident: Hakimin başını yardılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9856

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info