“Bakcell” universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir
Tarix: 15.05.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.
Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Seçimdən uğurla keçən namizədlər “Bakcell”in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda  karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.
“Bakcell” şirkətinin “2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər internship@bakcell.com  ünvanı vasitəsilə qəbul olunacaq.
Qeyd edək ki, 2014-cü ildən etibarən “Bakcell” şirkətinin təcrübə proqramlarında 100 nəfərdən çox gənc iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən tələbə və məzunlar “Bakcell” şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.
Azərbaycanın ən prestijli işəgötürənlərdən biri olan “Bakcell” şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib (Yenilənib)
27.05.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
27.05.2018
Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır
27.05.2018
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
27.05.2018
“Beynəlxalq hüquq son vaxtlar ümumiyyətlə işləmir“

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info