İordaniya televiziyası Ulu Öndərin 95 illiyi ilə bağlı veriliş yayımlanıb
Tarix: 16.05.2018 | Saat: 05:43:00 | E-mail | Çapa göndər


İordaniya Dövlət Televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş veriliş yayımlanıb.
AZƏRTAC ölkəmizin İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, verilişin aparıcısı əvvəlcə Azərbaycanla İordaniya arasında mövcud tarixi dostluq və qardaşlıq münasibətlərindən, möhkəm siyasi əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, iki ölkə arasında 25 il bundan qabaq əsası qoyulmuş diplomatik əlaqələr İordaniya Kralı II Abdullah və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir. Qeyd olunub ki, dövlət başçılarının qarşılıqlı səfərləri, apardıqları danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadiyyat, ticarət, investisiya, təhsil, turizm və başqa sahələrdə ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.
Verilişdə İordaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının 2018-ci ilin fevral ayında Əmmanda keçirilmiş üçüncü iclasında aparılmış danışıqlar, müxtəlif sahələrdə əməkdaşlığa dair qəbul edilmiş Protokolu iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində atılmış növbəti mühüm addım kimi qiymətləndirilib, İordaniya-Azərbaycan münasibətlərinin dost və qardaş xalqlarımızın mənafeyi naminə daim inkişafda olduğundan məmnunluq ifadə edilib.
Verilişin növbəti hissəsində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Rasim Rzayevin qonağı olan İordaniya Dövlət Televiziyasında hər gün canlı yayımlanan “Yeni gün” səhər proqramının əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlər barədə diplomatla söhbətləşiblər. Səfir R.Rzayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin xalqımız tərəfindən təntənə ilə qeyd edildiyini, Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu, bütün həyatını və siyasi fəaliyyətini xalqına sədaqətlə xidmətə həsr etdiyini bildirib.
Verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin İslam Şərqində ilk parlamentli, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil respublika olduğu, Şərqdə qadınlara ilk dəfə seçki hüququ verdiyi, qısa müddət yaşamasına baxmayaraq, dünyanın bir sıra mütərəqqi dövlətləri tərəfindən tanındığı, milli dövlətçilik ruhunun inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunub, 1991-ci ildə müstəqilliyin bərpa edilməsi ilə xalqımızın həyatında yeni tarixi mərhələnin başlandığı bildirilib.
Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ölkələrarası əlaqələrin inkişafına müsbət müsbət təsir etdiyini, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə, iqtisadi əlaqələrin səviyyəsinin siyasi əlaqələr səviyyəsinə qaldırılmasına imkan yaratdığını qeyd edən səfir R. Rzayev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kral II Abdullahın mövqeyinin xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, 1992-ci ildə ermənilər tərəfindən Xocalının dinc sakinlərinə qarşı törədilmiş soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə İordaniya Senatına minnətdarlığını ifadə edib.
İordaniya Dövlət Televiziyasının “Yeni gün” səhər proqramının canlı yayımında səfirliyin müşaviri İlham Əliyev də iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər
12.10.2018
Söz azadlığından danışan müxalifət niyə Qurban Məmmədovun “səsini boğdu”?
12.10.2018
Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır
12.10.2018
Daşkənddə MDB müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
12.10.2018
Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10242

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
4 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
5 Vətən uzaqda deyil


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info