Zaqataladakı yolun yenidən qurulması turizm potensialını möhkəmləndirəcək
Tarix: 16.05.2018 | Saat: 11:49:00 | E-mail | Çapa göndər


Zaqatalada 37.5 km uzunluğu olan Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır. Bundan başqa, yol boyu çiyin hissələrin xüsusi qruntla bərkidilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası və kənarlarına səki daşlarının düzülməsi işləri də aparılır.
Bu işlərə paralel olaraq yol boyu süni qurğuların inşası müvəffəqiyyətlə aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 1 ədəd 12 metrlik və 1 ədəd 18 metr uzunluğa malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. 12 metr uzunluğa malik daha bir körpünün tikintisi isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə son tamamlanma işlər aparılır.
Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Yola iri və xırda dənəli qarışığından istifadə edilməklə yeni asfalt-beton örtüyü döşənir. Bu çərçivədə yolun 220 min kv.m-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Ən əsası avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkanı yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən turizm potensialını möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
20.08.2018
Bilik Fondu Qəbələ və Oğuzda maarifləndirici tədbirlər keçirib
20.08.2018
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş
20.08.2018
İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub
18.08.2018
Naxçıvanda müəllimlərin işə qəbulu ilk dəfə olaraq test imtahanı ilə həyata keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9915

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info