İnam Kərimov: “Aqrar sahə yeni bir mərhələyə qədəm qoyub”
Tarix: 16.05.2018 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


"Son illər qeyri-neft sektorunun inkişafına diqqət yetirilir". Bunu kənd təsərrüfatı naziri İnam Kərimov 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgisində çıxışı zamanı bildirib. İ. Kərimovun sözlərinə görə, aqrar sahə yeni bir mərhələyə qədəm qoyub: “Bu sahədə sosial iqtisadi göstəricilərin artırılması nəticəsində ölkədə kənd təsərrüfatının inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Biz hamımız sevinirik ki, ölkədə istehsal olunan məhsulların rəqabətə davamlılığı artıb, ixrac imkanları genişlənib. Bu da bütövlükdə milli səviyyədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, həm milli, həm də qlobal səviyyədə öz bəhrəsini verib. Hazırda prioritet istiqamət kimi yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məqsəd olaraq qarşıya qoyulub. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının fəaliyyətinin  əsas prinsipləri kimi bəyan edilib. Qarşıya qoyulan məqsədlərə çatılması üçün artıq kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyalar, yeni yanaşmaların tətbiqi bizim prioritetimizi təşkil edəcək ". Nazir onu da əlavə edib ki, aqrar sahənin inkişafı və təkmilləşdirilməsində bugünkü tədbirlərin əhəmiyyəti var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Azərbaycan neftinin 1 bareli təqribən 81 dollara satılır
22.10.2018
Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”
22.10.2018
“Azexport“ və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında memorandum imzalanıb
22.10.2018
Kənd təsərrüfatı məqsədilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib
22.10.2018
2025-ci ilədək Azərbaycan 50-yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info