Qoşqar Təhməzli: “Kənd təsərrüfatı və qida sənayesinin inkişafı ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcək”
Tarix: 16.05.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bu gün 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri keçirilir. Ötən il ilə müqayisədə, bu il “WorldFood Azerbaijan” və "Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12% artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış  sərgilər arasında ikinci yeri tuturlar. Sərgilərdə dünyanın 34 ölkəsindən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil edirlər. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına  çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir.
Sərgidə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, Prezidentin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində respublikada digər sahələr kimi kənd təsərrüfatı sahəsində də genişmiqyaslı inkişaf göz önündədir. Eyni zamanda Strateji Yol Xəritəsinə əsasən həyata keçirilən iqtisadi islahatların bir nümunəsi kimi də Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Q.Təhməzli diqqətə çatdırıb ki, kənd təsərrüfatı və qida sənayesinin inkişafı bütövlükdə ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Həştərxanda qadın sahibkarların forumu keçiriləcək
21.10.2018
Doqquz ayda toxuculuq sənayesi 53,3 faiz artıb
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info