Azərbaycan Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb
Tarix: 16.05.2018 | Saat: 12:58:00 | E-mail | Çapa göndər
Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib.
Muzeydən Trend-ə verilən məlumata görə, tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.
“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.
Foruma çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir: “Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir".
"Avropanın ən yaxşı muzeyi" (EMYA) mükafatı Avropa Muzey Forumunun (EMF) əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
28.05.2018
“Böyük ömrün səlnaməsi” kitabı nəşr edilib
27.05.2018
Fidan Əliyevanın əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində
26.05.2018
İvan Repinin məşhur əsərinə zədə vurulub
26.05.2018
Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində
25.05.2018
Mirəli Seyidovun Türkiyədə nəşr olunmuş kitabı MEK-ə daxil olub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info