ASK Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub
Tarix: 16.05.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər
Həyata keçirilən düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar Azərbaycanın ardıcıl və dinamik inkişafını təmin etmişdir. Təqdirəlayiq haldır ki, bu inkişafda özəl sektorun payı artmaqdadır. Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının(ASK)da özünəməxsus yeri vardır. Konfederasiya ölkədə iş adamlarının maraqlarından çıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin(SSBK) və digər beynəlxalq təşkilatların üzvüdür və 50-dən yuxarı digər sosial iqtisadi yönümlü Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti 12-15 may 2018-cı il tarixdə Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak etmişdir.
Tədbirin əsas mövzusu Konqresın fəaliyyətinin aktual məsələlərinin müzakirəsi , Konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə , beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olmuşdur.
Şuranın iclasında nəqliyyat-loqistika üzrə qarşılıqlı fəaliyyət , biznes proseslərinə hüquqi yardım, Konqresin üzvlük bazasının daha da optimallaşdırılması , gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunmuşdur.
Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri , Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılmışdır.




 
Bölməyə aid digər xəbərlər
26.05.2018
Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib
25.05.2018
Müstəqillik dövründə 11 Amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
25.05.2018
UFAZ-da beynəlxalq müsabiqə keçirilir
25.05.2018
“Özünüməşğulluq proqramı ölkəmizin işsizliyə, yoxsulluğa qarşı olduqca effektli bir proqramıdır”
25.05.2018
Bakı Avrasiya Universitetində “Diaspor dərsi” keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info