İşsizlikdən sığorta sisteminin əhəmiyyəti barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
Tarix: 16.05.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda tədbir keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərkəzin direktoru Fərəc Qasımzadə “İşsizlikdən sığorta haqqında” Qanunun müvafiq sahədə qabaqcıl dünya təcrübəsinə əsasən hazırlanıb, qəbul edildiyini və həmin Qanun əsasında 2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin fəaliyyət göstərdiyini qeyd edib. Onun dediyinə görə, sistemin məqsədi əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması, işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qeyd olunub ki, sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması ilə bərabər, işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramının, habelə digər istiqamətlərdə aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə də əsaslı təminat yaradıb.
Tədbirdə “Sığorta ödənişinin verilməsi Qaydası”, “Sığorta olunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”, eləcə də işsizlikdən sığorta sistemi və onun əhəmiyyəti barədə işəgötürənlərə ətraflı məlumatlar verilib. Sığorta olunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı və digər aktiv məşğulluq tədbirlərindən də bəhs olunub.
Tədbirdə iştirakçılarının sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Həştərxanda qadın sahibkarların forumu keçiriləcək
21.10.2018
Doqquz ayda toxuculuq sənayesi 53,3 faiz artıb
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


22.10 10:11
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info