Danimarkada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Tarix: 16.05.2018 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi qeyd edilib. Komitədən verilən məlumata görə, “Dünya Türk Günü” adı ilə baş tutan tədbirdə Türkiyənin Danimarkadakı səfiri Uğur Kənan İpək, Avropa Türk Federasiyasının sədri Camal Çetin, Danimarka, Almaniya, Isveç və Norveçdə fəaliyyət göstərən cəmiyyət rəhbərləri, yerli və türk iş adamları, media nümayəndələri, türkmənlər, uyğurlar və başqa icmaların təmsilçiləri iştirak edib.
Gecədə çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcudluğu və süqutu haqqında qonaqlara məlumat verib. O, eyni zamanda Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq azərbaycanlıların hər zaman türklər və türkdilli xalqların yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, Kopenhagenin ən böyük salonlarından birində təşkil olunan gecədə 1200 nəfərdən çox qonaq iştirak edib. Tədbirdə Türkiyədən dəvət edilmiş müğənnilər - Mustafa Yıldızdoğan, Gökhan Təkin, Cafər Altun, Fatih Məhtər Takimi və Bakıda olan rəqqasələr qonaqlara Azərbaycan və türk musiqiləri, rəqsləri təqdim ediblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib
21.07.2018
İspaniya sahillərində 400-dən çox miqrant aşkarlanıb
20.07.2018
Ukraynada çörəyin qiyməti bahalaşmaqda davam edir
20.07.2018
Tramp Putini Vaşinqtona dəvət edib
19.07.2018
Təyyarə və qatarın hibridi təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9674

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info