«Ermənistanın həm Qərb, həm də Rusiya ilə dostluq etməsinin acı sonluğu ola bilər”
Tarix: 16.05.2018 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Stiven Blank:
«Ermənistana Moskvanın təsirindən qurtulmaq lazımdır»

Biz əvvəllər də başqasının kölgəsində durmağı, özgəyə xidmət etməyi, yaltaqlığı, dilənçiliyi özlərinə milli dəyər hesab edən ermənilərin fürsət düşdükdə kölgəsinə sığındıqlarına, havadarlarına xəyanət etməyi şərəf hesab etdikləri barədə yazmışdıq. Tarixin sınağından keçib gəlmiş bu həqiqəti digər millətlər kimi, artıq ruslar da çoxdan anlayıblar. Təəssüf ki, yaltaq və mənəviyyatsızlar hələ də dünyada mövqe sərgiləməkdədirlər. Deyəsən, Paşinyan da hakimiyyətə gəlmək üçün xalqa verdiyi vədlərə xilaf çıxmağa başlayıb: «Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə söhbət belə, gedə bilməz» (“News.am). Ötən gün verdiyi açıqlamada Ermənistanın Baş naziri Nikol Pashinyan ölkəsinin xarici siyasətinin davamlılığını bəyan edərkən, bəzi prioritetlərin dəyişə biləcəyini də istisna etməyəib. Bu barədə jurnalistlərə verdiyi açıqlamada erməni ekspert Ara Papyan bildirib:” Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayacağını bəyan edib: «Məncə, bu məsələnin bir neçə ildən sonra da qaldırmağa ehtiyac olmayacaq».
Hazırda ölkədə erkən seçkilərin sərbəst keçirilməsinin vacibliyini jurnalistlərin nəzərinə çatdıran Papyan xalqın hökumətin gələcək proqramı ilə tanış olmasının vacibliyini bildirib: «Bu gün erməni xalqının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəğbət bəslədiyi, bu qrumun ölkənin təhlükəsizliyi üçün vacibliyi barədə danışarkən, heç bir fakt təqdim edilmir. Ermənistanın Avrasiya İqtisadiy Birliyindən ayrılmasını tələb edən insanlarla bağlı da hazırda heç bir fakt ortada yoxdur. Xalq qərar verməli və baş nazir xalqın tələbinə riayət etməlidir”. “Bu gün hakimiyyət xəlqa məxsusdur»-deyən Papyan bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınnın ölkənin başlıca qarantı olduğunu nəzərə çatdırıb.
Paşinyanın «populyarlığı» barədə danışan Ara Papyan son bir ayda ölkədə hakimiyyət dəyişikliyindən sonra , yeni baş nazirin ünvanına göndərilən təbrik teleqramlarını xatırladıb. Təbii ki, bütün bunların hamısı Paşinyanın elə ilk gündən çat verməyə başlamış hakimiyyətinin sığortasına hesablanıb. Lakin unutmaq lazım deyil ki, xalqın Paşiyandan gözləntiləri başqa idi. Onun ilk xarici səfərinin Rusiyaya etməsi də ölkədə birtərəfli qarşılanmayıb. Hətta bəzi KİV-lər Rusiya rəhbəri ilə görüş zamanı Paşinyanın «Ermənistanın həm Qərb , həm də Rusiya ilə dostluq etməsi»nin acı sonluğu ilə bağlı qarşı tərəfdən mesaj alması barədə də məlumatlar yaymaqdadırlar. Bütün bunlara rəğmən, erməni baş nazirin Rusiyaya səfəri xarici ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirir. Məsələn, Amerika Xarici Siyasət Şurasının eksperti Stiven Blank «Amerikanın səsi»nə verdiyi açıqlamada «Ermənistana Moskvanın təsirindən qurtulmaq lazımdır»-deyə bildirib.
Öz növbəsində, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Olqa Oliker, Paşinyanla Putinin Soçidə keçirilən görüşünə münasibət bildirərəkən qeyd edib ki, «demokratik və ya avtoritar olmasına baxmyaraq Ermənistan Rusiyanın dostu olub və olaraq qalacaq».
«Xarici siyasət baxımından böyük dəyişikliklər gözləmək üçün heç bir səbəb yoxdur və hər iki lider, sadəcə olaraq, bu planda heç bir şeyin dəyişməyəcəyini yenidən vurğulamağı arzulayır»-deyə Oliker bildirib.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistandakı «məxməri inqilab»dan sonra da Ermənistanla sıx əlaqələr qurmaqda maraqlıdır. Çünki bunun başqa alternativi olmadığından, Moskva yenə də yaxın tərəfdaş olaraq qalır. Maraqlıdır, nə vaxta qədər?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
«1in.am» ”Moskva İrəvana qarşı açıq şantaja keçib”
19.07.2018
“Lenta.ru”: “Brüsseldə Paşinyanı sındırdılar”
19.07.2018
«ArmenianReport»: ”Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə təhlükədir”
18.07.2018
Stepan Petrosyan: “Ermənistanda hərbi sənaye sahəsində heç bir iş görülmür“
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9674

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info