“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır“
Tarix: 16.05.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Trend-in məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır.
Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək".
İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq: "Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir".
Prezident deyib ki, Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir: "Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur.
Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info