Pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönələn vəsait 8% artıb
Tarix: 16.05.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 895,7 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 66,7 mln. manat və ya 8% çoxdur. Vəsaitin 97,9%-i pensiya xərcləri təşkil edib.
 
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin üç ayı ərzində əhaliyə 18,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 28,8%-i hamiləliyə və doğuma görə, 32,4%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,9%-i dəfn üçün, 19,9%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
 
Bu il aprelin 1-i vəziyyətinə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 313,1 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4%-ni təşkil edir. Onların 58,8%-i yaşa, 29,8%-i əlilliyə, 11,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 218,3 manat təşkil edib və orta aylıq əmək haqqının 41%-nə bərabər olub.
 
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Ölkədə vətəndaşların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2018-ci il mart ayının 1-dən bütün növ sosial müavinətlərin məbləğləri orta hesabla 10% artırılıb.
 
2018-ci il aprelin 1-i vəziyyətinə 398,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 36,2 min nəfər, əlilliyə görə - 161,5 min nəfər, ailə başçısını itirməyə görə - 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 73,5 min nəfər olub.
 
Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
 
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 319 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,5 min ailəsinə 17,5 min uşaq üçün aylıq müavinət verilib.
 
Bundan əlavə, 535 nəfər bir yaşadək uşağa görə 523 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.
 
2018-ci ilin üç ayı ərzində ƏƏSMN tərəfindən 26979 nəfərə, o cümlədən 20687 uşağın doğulmasına görə, 3775 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1793 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 724 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
 
Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 419 nəfər zərərçəkən kompensasiya alıblar.
 
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən 2018-ci il mart ayının 1-dən müxtəlif kateqoriyadan olan şəxslərə təyin olunmuş Azərbaycan Respublikası Prezidenti təqaüdlərinin məbləğləri 10% artırıb.
 
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 1300 manatdan 1500 manata, müxtəlif sahələrdə xidmətlərə görə təsis edilmiş fərdi təqaüdün məbləği isə 1300 manatdan 1450 manata çatdırılıb.
 
Ümumilikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslərin sayı 61,6 min nəfər olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Gəncədə inşa edilən mərmər zavodunda 280 nəfər işlə təmin olunacaq
20.07.2018
Sərnişinlərin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir
20.07.2018
“Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil”
20.07.2018
Xızıda yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparır
20.07.2018
“Azərişıq” Qızılağac aqroparkın elektrik təchizatı üçün yarımstansiyalar inşa edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9674

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info