Avropada AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Tarix: 16.05.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburq, Fransanın Strasburq, İsveçrənin Cenevrə şəhərlərində silsilə tədbirlərə start verilib. “Report” xəbər verir ki, ilk tədbir Luksemburqun Qarabağ mədəniyyət mərkəzində baş tutub. Diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının Belçika Krallığı və Luksemburq Böyük Hersoqluğunun səfiri Fuad İsgəndərov açıq elan edərək çıxış edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müasir dövrümüzdə ona verilən qiymətdən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətdən bəhs edib.
Daha sonra SOCAR təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında ölkəmizin öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yoluna , ölkəmizin neft strategiyasına ,сənab prezident İlham Əliyevin apardığı davamlı, müasir inkişaf, milli brendimiz olan SOCAR tarixinə nəzər yetirib.
Gənc fəal, tədbirin təşkilatçılarından olan Aydın Əhmədov isə çıxışında Azərbaycan turizminin inkişafından, ölkəmizin turizm potensialından söhbət açıb. Diqqətə çatdırıb ki,son dövrlərdə Azərbaycana turizm axının güclənməsi birbaşa bu sahədə aparılan islahatların nəticəsidir.
Qeyd edək ki, 15 may tarixində Lüksemburq şəhərində start götürən tədbir 16 may tarixində Fransanın Strasburq şəhərində davam etdirilərək, 18 may tarixində İsveçrənin Cenevrə şəhərində yekunlaşdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fiziki məhdudiyyəti olanların yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9915

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info